May 16 2019 15:02
Views: 198

Ölkəmizin turizm potensialının təbliği məqsədilə Azərbaycan nümayəndə heyəti Çinin Şanxay şəhərində keçirilən “ITB China” beynəlxalq sərgisində iştirak edir.   Sərgidə iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biridir.

 “ITB China” Çinin səyahət sənayesinə yönəlmiş beynəlxalq sərgi olaraq dünya turizm sənayesinin çoxsaylı iştirakçılarını bir araya toplayır. Bununla ölkələrə turizm imkanlarını Çin bazarına nümayiş etdirmək imkanı tanıyır. 84 ölkədən 800-dən çox şirkətin iştirak etdiyi sərgidə  turizm sahəsində tətbiq oluna biləcək ən son innovasiya və informasiya texnologiyaları da təqdim edilir.Azərbaycanın ilk dəfə rəsmi olaraq təmsil olunduğu sərgidə Çin bazarı üçün ölkəmizin turizm potensialı ilə yanaşı, yeni turizm məhsulları da  təqdim olunur.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çində fəaliyyət göstərən rəsmi turizm nümayəndəliyi Pekin, Şanxay və Qunaçjou kimi əsas böyük şəhərlərdə Azərbaycanın turizm potensialının tanıdılması üzrə aktiv iş aparır. İki ölkənin turizm üzrə qurumları arasında imzalanmış sənədlərə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayının 200 min nəfərə çatacağı proqnozlaşdırılır.

 


Create Account



Log In Your Account