Apr 12 2019 15:58
Views: 735

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında müzakirəyə çıxarılan və hollandiyalı deputat Mart van de Veninin hazırladığı “Landromat – mütəşəkkil cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara münasibət” adlı məruzə bir sıra deputatların tənqidi fikirləri ilə qarşılanıb.Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov da müzakirələrə qoşularaq ortaq bəlalara qarşı mübarizənin müştərək aparılmasının vacibliyinə toxunub.
Rafael Hüseynov bu məruzədə Azərbaycanın saxta ittihamlarla hədəflərdən biri seçilməsinin əsl səbəblərini açıqlayıb. Bildirib ki, hansısa lobbilər, hansısa mərkəzlər bu təşkilata güclü təsir imkanlarına malikdir. Hər dəfə Ermənistanın Azərbaycana qarşı işğal məsələsini gündəmə gətirilirsə, mütləq  Azərbaycana qarşı hansısa bir qondarma mövzu ortaya atılır. Məqsəd də ondan ibarətdir ki, diqqət əsas hədəfdən ayrılıb ortaya atılan bu mövzuya yönəlsin. Azəbaycanın AŞPA-dakı nümayəndə heyətniin rəhbəri Səməd Seyidov bildirib ki, bu məruzənin siyasiləşdirilməsinə təəssüfünü bildirib.
Nümayəndə heyətinin üzv Alim Mollazadə də təəssüflə bildirib ki,məruzənin qeyri-obyektivdir. Çünki dünyada heç kim və heç bir ölkə mükəmməl deyil. Ancaq bir ölkəni hədəf seçmək sonda  mənfi nəticələrə səbəb olaraq təşkilatı daha dərin böhranlara sürükləyəcək. Qeyd olunub ki, belə qərəzli, sifarişli, arxasında natəmiz maraqlar dayanan cəhdlər narazılıq doğuracaq.


Create Account



Log In Your Account