Sep 27 2019 15:14
Views: 257

“Azərbaycan-Çin münasibətləri sağlam təməl üzərində qurulub.” Çinin Azərbaycandakı səfiri Qo Min ölkəsinin milli bayramı Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə təşkil olunan rəsmi qəbulda belə deyib. 

Səfir bildirib ki, Çin Azərbaycanı yaxın dost və etibarlı tərəfdaş kimi qəbul edir. Qeyd edib ki, 27 il əvvəl iki ölkə arasında  diplomatik əlaqələrin qurulmasından bəri tərəflər hər zaman bir birilərinə hörmətlə yanaşıblar. Ölkələr arasında münasibətlər dinamik inkişaf yolundadır. Diplomat bu əlaqələrin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.


Create Account



Log In Your Account