Oct 14 2019 19:09
Views: 216

Oktyabrın 18-də Bakıda İnnovasiya Həftəsi başlayacaq. Sayca ikinci dəfə keçirilən layihə çərçivəsində yüksək texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunacaq. 
İnnovasiya həftəsinin ilk günü “İdeyadan Biznesə” layihəsinin respublika finalı keçiriləcək. Növbəti günlərdə robotlarla iş imkanı yaradan “Roboday” sərgisi, Bakı Elektron Ticarət Forumu, “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda “dəyirmi masa”,  “Huawei” şirkəti ilə birgə “Euroasia İnnovation Day” təşkil olunacaq. İnnovasiya həftəsi çərçicəsində “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri” və digər nominasiyalar üzrə qaliblər elan ediləcək.  Heydər Əliyev Mərkəzində baş tutacaq “InnoWeek – İnnovasiya həftəsi”nə oktyabrın 24-də yekun vurulacaq.


Create Account



Log In Your Account