Mar 07 2019 14:39
Views: 317

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu ilki Novruz şənlikləri festival formatında təşkil olunaraq 20 gün davam edəcək.  Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, şəhər sakinlərinin və qonaqların bayram günlərində asudə vaxtının maraqlı və səmərəli keçirilməsi məqsədilə təşkil olunan festival “Sahil bağı”nda martın 10-dan 30-dək keçiriləcək.

Bu haqda CBC-nin Xəbərlər buraxılışında qonaq olan Dövlət Turizm Agentliyinin nümayəndəsi Gülnar Mustafayeva məlumat verib.


Create Account



Log In Your Account