Mar 09 2019 18:12
Views: 514

Ucuz və keyfiyyətli ərzaq almaq istəyən hər kəs həftəsonu yolunu Novruz bayramı münasibətilə açılan kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarından sala bilər. Ölkə prezidentinin tapşırığı ilə fəaliyyətə başlayan yarmarkalar paytaxtda 14 yerdə təşkil olunur. Respublikanın müxtəlif rayonlarından 100-ə yaxın çeşiddə məhsul satışa çıxarılır. Fermerlər, ailə təsərrüfatları əhaliyə məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər.

Yarmarkada hər çeşiddə və hər qiymətdə ət, balıq, meyvə-tərəvəz, çərəz, süd, çay və digər məhsullara rast gəlir. Bayram bazarlığı edən alıcılar həm buradakı qiymətlərdən, həm də məhsulun keyfiyyətindən razılıq edirlər.

Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkil etdikləri Novruz yarmarkaları martın 16-a kimi yalnız şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün keçiriləcək. Nazirlikdən verilən məlumata görə, məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır.


Create Account



Log In Your Account