Mar 12 2019 18:19
Views: 247

 

Güllü-çiçəkli bahar və bayram. Uşaqların rəsmlərində belə bir yaz ab-havası var idi. Sərgilənən əsərlərdə Azərbaycanın ən qədim  bahar bayramlarından biri olan Novruzun parlaq mənzərələri və ənənələri əks olunurdu.

Novruz adətləri ilə yanaşı, həm də bayramın simvolları- Bahar qızı, kosa və keçəlin də qatıldığı sərgidə Bakı və Nyu-Yorkun gənc rəssamlarının rəngarəng əsərləri nümayiş olunurdu.

Bu, Nyu-Yorkun "Mənim yolum" və 2 nömrəli Bakı Uşaq Gənclər İnkişaf Mərkəzinin həyata keçirdiyi ilk birgə layihə deyil.

Uşaq yaradıcılıq qruplarının maraqlı musiqili nomrələri isə sərgidə xüsusi bayram ab-havası yaratdı. Uşaqlar xalq mahnılarını ifa etdi, gənc rəssamlar isə Novruzun ənənələri haqqında bildiklərini bölüşdülər.


Create Account



Log In Your Account