Mar 26 2019 19:27
Views: 227

Novruz bayramı münasibətilə paytaxt Bakıda kütləvi şənliklər yekunlaşır. Bununla belə şəhərin bayram görkəmini, bəzəyini görmək istəyən turistlərin axını davam edir. Onlar Novruzu Azərbaycan xalqının tarixi ənənələri, mədəniyyəti ilə tanış olmaq üçün böyük fürsət hesab edirlər. Xarici qonaqlar yaxınlarının, dostlarının tövsiyəsi ilə Azərbaycana məhz Novruz tətili günlərində səfər etdiklərini deyirlər.  
Bayram tətilinin son günü Bakıya ilk dəfə səfər edənlərin sayında iranlı turistlər üstünlük təşkil edir. Onlar daha çox şəhərin tarixi mərkəzi İçərişəhərdə gəzməkdən böyük zövq alırlar, şəhərin memarlıq üslubuna valeh olurlar. Xalqın mehriban münasibəti və gülərüzlüyündən razılıq edirlər.  
Müasir Bakının simasına heyran qalan turistlər də az deyil. Onların bəyəndikləri məkanlar içərisində Alov Qüvvələri, Dənizkənarı Milli Park prioritetdir. Bu yerlər Azərbaycanın Odlar diyarı adını qürurla daşıdığının rəmzi hesab olunur.
Qeyd edək ki, bayram tətili günlərində regionlarda da turist axını müşahidə olunur. Bölgələrə səfər edən turistlər isə Azərbaycan təbiətinin gözəlliklərindən zövq almağa çalışır.


Create Account



Log In Your Account