Jun 08 2019 21:00
Views: 309

Dünya ətraf mühit günü, eləcə də çimərlik mövsümünün başlaması münasibətilə bir neçə dövlət və qeyri-dövlət qurumları dəniz sahilindən tullantıları  təmizləmək məqsədilə iməclik aksiya təşkil edib. Novxanı qəsəbəsində reallaşdırılan ekoloji aksiyada mindən çox insan iştirak edib. “Sahillər təmiz qalsın” devizi altında keçirilən aksiya ətraf mühitin taleyinə biganə olmayan şəhər sakinlərini bir araya toplayıb. Dəniz sahili plastik və bərk məişət tullantılatından təmizlənib. Artıq ənənə halını alan aksiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təmiz Şəhər ASC, İDEA İctimai Birliyi və digər qurumlar təşkil edib. Çimərlik mövsümünün əvvəlində və sonunda təşkil edilən belə iməcliklərdə illik 4-6 ton bərk tullantı yığılır ki, onun da 80% yenidən işlənilir.   Xəzər dənizinin sahilində gerçəkləşdirilən aksiyada gənclər fəal iştirak edib.


Create Account



Log In Your Account