Jul 03 2020 17:48
Views: 196

Biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Prezident İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin təşəbbüsü ilə baş tutan Azərbaycan, Əfqanıstan və Türkmənistan dövlət başçılarının iştirakı ilə videokonfransda belə deyib. Dövlət başçısı bugünkü görüşün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edib. Əfqanıstan və Türkmənistan dövlət başçıları prezident İlham Əliyevin üç ölkənin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsi təklifini dəstəkləyiblər. Əfqanıstan prezidenti Məhəmməd Əşrəf qani Lapis-Lazuli nəqliyyat dəhlizi ilə bağlı birgə işçi qrupun üç aydan bir hər üç ölkənin prezidentinə hesabat verməsini təklif edib. Məhəmməd Əşrəf Qani həmçinin Azərbaycana Əfqanıstan xalqına yardımlarına görə təşəkkür edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq konsepsiyası da mühüm yer tutur. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir.


Create Account



Log In Your Account