Jan 09 2019 14:10
Views: 370

Bakı Nəqliyyat Agentliyi 2019-cu ildə yol hərəkətinin təşkili ilə bağlı bir sıra  yeni  tədbirlər həyata keçirməyi planlaşdırır. Yeniliklərdən biri sərnişindaşıma sahəsində  olacaq. Belə ki,   bu   il ərzində  Bakıya   ümumilkdə  300 müasir   komfortlu avtobusların gətirilməsi  nəzərdə tutulub. Bununla yanaşı sərnişin avtobuslarının kart sisteminə keçidi genişləndiriləcək.Paytaxt ərazisində fəaliyyət göstərən Nəqliyyat Mübadilə  Mərkəzlərinin də sayı artırılacaq.

Qurum rəsmisinin sözlərinə görə bu ilin ilk aylarında müntəzəm marşurut xətlərində istifadə edilən avtobuslar və onları idarə edən sürücülər,eyni zamanda  istehsalat bazaları ilə bağlı  tələblər də  öz təsdiqini tapacaq.Bununla yanşı yol hərəkətinin təşkilində də əhəmiyyətli işlərin görüləcəyi bildirilir. Mais Ağayev  əvvəlki illərdə aparılan kompleks təhlilər nəticəsində hazırlanan layihələrin icrasının davam etdiriləcəyini  bildirib.

Yol hərəkətinin təşkili ilə bağlı  görüləcək işlərdən biri də  paytaxdın  11  əsas yolunda rahat, maneəsiz hərəkətin təşkili üçün  dəyişikliklərin edilməsi olacaq. Piyada hərəkətinin təşkilinə də bu il xüsusi diqqət ayrılacağı bildirilir. bu il agentlik parklanmada yeni qaydalar tətbiq edəcək.

Bu ildən taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlərin aparılacağı da bildirilir. Xüsusən də  hava limanında şəhərin simasına uyğun olaraq taksi xidmətinin təşkili nəzərdən keçirilir.


Create Account



Log In Your Account