Apr 03 2019 18:20
Views: 233

Son 13 il ərzində Azərbaycanda insan alveri ilə bağlı 1328 cinayət faktı  aşkarlanıb. 543  nəfər insan alverçisi qismində məhkum edilib. Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşi Mübarizə İdarəsinin rəisi Heydər Heydərov “İnsan alverinə qarşı mübarizədə cinayət təqibi orqanlarının rolu” mövzusunda keçirilən beynəlxalq seminarda deyib. Onun sözlərinə görə, bu müddət ərzində 885 insan alveri qurbanı sosial yardımlarla əhatə olunub və reinteqrasiya edilib. İdarə rəisi insan alverinə qarşı mübarizədə sərhədlərarası əməkdaşlıq və informasiya mübadiləsini gücləndirməyi vacib amil sayıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi Simona Qatti  insan alverinə qarşı mübarizədə Azərbaycanın son illər gördüyü işləri yüksək qiymətləndirib. O, bundan sonra da Avropa İttifaqının  Azərbaycana həm texnoloji, həm də təcrübə baxımdan dəstək göstərməyə hazır olduğunu deyib. Simona Qatti eyni zamanda miqrasiya məsələsinə də xüsusi diqqət yetirdiyini və İttifaqı üçün bu məsələnin strateji bir çərçivə olduğunu diqqətə çatdırıb.

İnsan alverinə qarşı mübarizənin Avropa hüququna və beynəlxalq standartlara uyğun olaraq aparılmasını xüsusi vurğulayan Beynəlxalq Miqrasiya  Təşkilatının Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Qyorqiyev bu cür görüşlər sayəsində qurbanların müdafiəsi və cinayətkarların təqibi baxımından potensialın artırılacağına ümid etdiyini bildirib.

Beynəlxalq layihənin keçirilməsində məqsəd insan alverinə qarşı  effektiv mübarizə aparmaq və insan alveri qurbanlarının müdafiəsi üçün  Azərbaycan hökumətinin imkanlarını gücləndirməkdir.


Create Account



Log In Your Account