Oct 18 2018 18:21
Views: 543

Azərbaycanda uzun illər ərzində insan alverinə qarşı ciddi mübarizə tədbirləri görülüb, ölkə bu sahədə beynəlxalq əməkdaşlığa töhfə verib. 2004-cü ildən isə bununla bağlı Milli Fəaliyyət Planı həyata keçirilir. Bu fikirlər Avropa İttifaqının insan alverinə qarşı mübarizə günü münasibətilə Bakıda keçirilən toplantıda səsləndirilib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, insan alveri ilə mübarizədə qabaqlayıcı tədbirlər çox önəmlidir. Bununla yanaşı bu cinayətin qurbanı olmuş insanların reabilitasiyası və cəmiyyətə yenidən qazandırılması vacibdir.
Avropa İttifaqının İnsan Alverinə qarşı mübarizə gününə həsr olunan tədbir “Azərbaycanda insan alveri ilə mübarizədə milli potensialın artırılması” layihəsi çəçrivəsində təşkil olunub. Bu layihə Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov ölkədə insan alveri ilə mübarizə sahəsində atılan addımlar barədə məlumat verib. Bildirib ki,  Azərbaycan hökuməti bu sahədə vacib tədbirlər görüb.
İdarə rəisi bildirib ki, Azərbaycanda 14 il müddətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 1321 insan alveri və məcburi əmək cinayəti qeydə alınaraq, 538 nəfər məhkəmə məsuliyyətinə təqdim edilib. Müəyyən edilən 873 insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin edilib.
Qeyd edək ki, Avropada insan alveri ilə mübarizə günü 2007-ci ildə təsis edilib. əsas məqsəd ittifaq ölkələr və tərəfdaş dövlətlərin insan alveri ilə mübarizə istiqamətində səylərini birləşdirməkdir.


Create Account



Log In Your Account