May 20 2019 18:26
Views: 354

Mayın 18-dən Azərbaycanda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə növbəti “İnsan hüquqları aylığı” start götürüb. Bir ay ərzində keçiriləcək aylığın məqsədi insan hüquqları sahəsində əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri və onların aradan qaldırılması üzrə tədbirləri müəyyənləşdirməkdir. Müraciət olunan bütün dövlət qurumları həyata keçirilən tədbirlərlə bağlı ombudsmana məlumatlar, arayışlar hazırlayacaqlar. 

Aylığın sonunda İnsan hüquqları üzrə müvəkkil kütləvi informasiya vasitələri qarşısında məruzə edəcək. Eyni zamanda, ombudsmanların Bakı konfransı keçiriləcək. Məqsəd xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində ekspertlərlə  ölkəmizdə insan hüquqları sahəsində görülən müsbət təcrübənin paylaşılması, eyni zamanda təcrübə mübadiləsini həyata keçirməkdir. Belə aylıqların keçirilməsi həm də əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsinə və vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.

Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda konfrans və müxtəlif maarifləndirmə tədbirlərin təşkili də nəzərdə tutulub. İnsan hüquqları aylığının iyunun 18-də yekunlaşması təsadüfi deyil. 2008-ci ildən məhz bu tarixdə Azərbaycanda milli insan hüquqları günü kimi qeyd olunur.


Create Account



Log In Your Account