Jan 29 2019 18:10
Views: 2732

Nəsimi adı bizim üçün ilk növbədə təmiz Azərbaycan dili ilə eyniləşməlidir. Geniş bir coğrafiyada tanınan dahi Nəsimi Azərbaycan dilini böyük məkanda tanıtdırıb. Bu fikirlər Nəsiminin 650 illiyinə həsr olunmuş kitab sərgisinin açılışında qeyd olundu. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan sərgidə Nəsimi ili boyunca görüləcək tədbirlərdən də söz salındı.

Nazir qeyd etdi ki, il boyunca Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası müxtəlif səviyyəli tədbirlər təşkil edəcək. Tədbirlər təkcə Azərbaycanda yox, xarici ölkələrdə də keçiriləcək.

Nəsimi haqqında kitabların sərgisi ilə tanış olan ziyalılar bu tədbirlərin əhəmiyyətindən danışıblar. Sərgidə Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında işıq üzü görən elmi, publisist kitab və məqalələr nümayiş etdirilir. Burada ötən əsrin əvvəllərində müxtəlif qəzetlərdə Nəsimiyə həsr olunmuş məqalələr də sərgilənir. “İmadəddin Nəsimi-650” sərgisi il boyunca ictimaiyyətə açıq olacaq.


Create Account



Log In Your Account