May 06 2019 14:56
Views: 165

Bu kompozisiya Azərbaycan şairi Nəsiminin 650 illiyinə və ölkədə elan olunan Nəsimi ilinə tövhədir. Layihəni xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Əliağa Sədiyev və Elşən Mansurov Hicaz qrupu ilə birgə hazırlayıb. "Qəlb aynası" adlı Konsertdəki mahnılardan bir neçəsi ilk dəfə səsləndi. Bu mahnları Hicaz qrupunun rəhbəri Eyvaz Həşimov bəstələyib.  Dahi bəstəkar Tofiq Quliyevin, Türkiyəli musiqiçi İrfan Gürdalln, Tünzalə Ağayevanin da  Nəsiminin sözlərinə yazdığı mahnılar oxundu

Yeni Mahnıların çoxunda təsəvvüf musiqisi elemtlərindən istifadə olunub. Müəllif deyir ki, bu musiqini yaratmaq üçün əvvəlcə anlamaq və sevmək lazımdır.

Nəsiminin ‘Sığmazam’ qəzəlinə yazılan mahnı da xüsusi rəgbətlə qarşılandı…

İmadəddin Nəsimini qəzəllərinə məhz mahnı yaradıcılığında az-az miraciət olunur. bu baxımdan musiqişünaslar yeni səslənən manhıları musiqi aləminə bir hədiyyə adlandırırlar. KOnsertdə ifa olunan mahnılardan biri -QAFİL OYAN yeni deyildi, lakin o da ilk dəfə fərqli formada və qadın səsində təqdim edilirdi. BU mahnını Məşhur Nəsimi filmindən yaxşı tanıyırıq.

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə münasibətilə Prezident İlham Əliyev 2019-cu ili ölkədə "Nəsimi ili" elan edib. Ötən il isə heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Nəsimi festivalı keçirilib


Create Account



Log In Your Account