Dec 09 2019 20:14
Views: 413

“Ey Nəsimi, cahanı tutdu sözün...” Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş II beynəlxalq elmi konfrans belə adlanır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda “Nəsimi ili” çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, AMEA-nın ictimai və humanitar institutları Nəsiminin həyat və yaradıcılığına həsr olunan elmi konfranslar keçirib və bir çox kitablar çap olunub. Konfransda iştirak edən yerli və xarici alimlər, ziyalılar İmadəddin Nəsimi yaradıcılığından söz açdılar. Qeyd edildi ki, şairin sağlığında əsərləri Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılıb. Nəsimi sadəcə Azərbaycan ədəbiyyatına deyil, 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərib. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanılır. II beynəlxalq elmi konfrans öz işini davam etdirir.


Create Account



Log In Your Account