Apr 16 2019 14:05
Views: 349

Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “İntellektual nəqliyyat sistemi” adlı iki günlük praktiki seminar işə başlayıb.

Seminarda MDB ölkələrinin mərkəzi icra hakimiyyəti və tənzimləyici orqanları, telekommunikasiya operatorları, avadanlıq və proqram təminatı istehsalçıları və digər əlaqədar təşkilatların nümayəndələri iştirak edirlər.

Seminarın keçirilməsində  əsəs məqsəd intellektual nəqliyyat sisteminin inkişafı problemlərini müzakirə etmək, sahə üzrə müasir tendensiyaları müəyyənləşdirmək, iştirakçı ölkələrlə Azərbaycan təcrübəsini bölüşmək və əməkdaşlıq imkanlarını genişləndirməkdir.


Create Account



Log In Your Account