Jun 19 2019 18:59
Views: 457

“Yeni nəsil texnologiyalar tətbiq edilməklə əhaliyə simsiz yüksək sürətli internet xidməti göstəriləcək.” Bu barədə mətbuata açıqlamasında  “Aztelekom” MMC-nin baş direktor müavini Zaman Verdiyev məlumat verib. Onun sözlərinə görə, Abşeron və Sumqayıt telekommunikasiya qovşaqlarının xidmət ərazisində telefonlaşmayan və qismən telefonlaşan ərazilərdə tələbatı nəzərə alaraq yeni layihənin icrasına başlanılıb. Bu layihə 4G LTE – uzunmüddətli inkişaf texnologiyası tətbiq edilməklə stasionar telefon və internet xidmətinin verilməsini nəzərdə tutur.

Zaman Verdiyev bildirb ki, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir. Məqsəd 2020-ci ilə qədər internetin sürətinin 20 MB saniyəyə çatdırılmasıdır. Buna nail olmaq məqsədilə ümumi şəbəkənin modernləşdirilməsi üçün  GPON, FTTX, LTE kimi yeni nəsil texnologiyalardan istifadə edilir.


Create Account



Log In Your Account