Oct 17 2019 19:30
Views: 229

“Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq” – Prezident İlham Əliyev hökumət üzvlərinin iştirakı ilə keçirilən iqtisadi müşavirədə belə  deyib. Dövlət başçısı bildirib ki, bu il reallaşan ciddi və böyük sosial paket 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin yaxşılaşmasına, pensiyalar, əmək haqları, müavinətlərin artmasına səbəb olub.  Qeyd edib ki, sosial islahatlar davam etdiriləcək.
Prezident ünvanlı sosial yardım alan ailələrin sayının artırılması üçün müvafiq tapşırıq verdiyini bildirib. Artıq bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”na dəyişikliklər edilməsi barədə təkliflərni Nazirlər Kabinetinə təqdim edib. Layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun, o cümlədən kreditin gəlir kimi nəzərə alınmaması əksini tapır. 
Sosial yardım üçün müraciət edən vətəndaşların müraciətinin qiymətləndirməsi zamanı bütün məlumatların tamamilə elektronlaşdırılması nəzərdə tutulur.
Yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur. Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır.


Create Account



Log In Your Account