Sep 11 2019 20:10
Views: 543

Sentyabrın 28-də Bakıda ənənəvi bal yarmarkasına start veriləcək. 20 gün davam edəcək yarmarka artıq 20-ci dəfədir ki, təşkil olunur. Ölkənin bütün bölgələrindən olan 300-ə yaxın arıçı Tofiq Bəhramov adına stadionun ərazisində öz məhsullarını təqdim edəcək. Yarmarkaya gələ bilməyən vətəndaşlar üçün bal.kənddən.az saytı vasitəsilə istənilən balı onlayn sifariş etmək imkanı yaradılıb. Yeniliklərdən biri də hər bir məhsulun ştrix-kodla işarələnməsi olacaq. Ştrix-kodla saytda axtarış verən alıcı balın istehsalçısı, istehsal yeri haqda və sair məlumatı əldə edə bilər.
Təşkilatçılar yarmarkanın keçirildiyi günlərdə hava şəraitinin dəyişməsinə tam hazırlıqlı olduqlarını deyirlər, çadırlar istənilən hava şəraitinə dözümlü materialdan hazırlanıb. Bundan başqa çadırlar istilik sistemi ilə də təhciz olunacaq. Arıçılara 1 kq-lıq şüşə bankalar pulsuz paylanacaq. Balın qiymətinə gəlincə, növündən asılı olaraq məhsulun dəyəri dəyişəcək.
Bal yarmarkasının yaxınlığında səyyar labaratoriya fəaliyyət göstərəcək və hər bir alıcı aldığı balı burada müayinədən keçirə biləcək. Məhsullar  satışa çıxarılmadan öncə labaratoriyada yoxlanılacaq. 
Bu il Azərbaycanda arıçılar 6 min ton bal əldə edib. Bu isə o deməkdir ki, Azərbaycan balı ölkənin bazarını təmin edir.


Create Account



Log In Your Account