Jun 19 2019 15:24
Views: 331

Prezidentin sərəncamına əsasən minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Dövlət başçısının sərəncamına əsasən sentyabrın 1-dən minimum əmək haqqı 40%-ə yaxın artırılaraq 250 manata çatdırılacaq. Bu artım dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Xatırladaq ki,  dövlət başçısının bu il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb, bu artım 600 minədək insanı əhatə etmişdi. Ümumilikdə ilin əvvəlindən minimum əmək haqqının artımı 2 dəfəyə yaxın olub.

Prezidentin digər sərəncamına əsasən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid  aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılıb. sərəncamlar ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncam onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il üzrə isə 73 milyon manat ayrılacaq.

Xatırladaq ki, bundan əvvəl 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları  3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirib və bu məqsədlər üçün 1.5 milyard manat ayrılmışdı.


Create Account



Log In Your Account