Oct 25 2019 19:01
Views: 335

 

Bundan sonra Marja ticarəti beynəlxalq təcrübəyə uyğun qaydalar üzrə aparılacaq. Bunu investisiya şirkətləri uçün marja qaydalarinin təqdimatında maliyyə bazarlarina nəzarət palatasinin idarə rəisi Samir Ismayilov deyib. Onun sözlərinə görə bu qaydalar maliyyə bazarında ilk dəfə foreks əməliyyatları üzrə tənzimləmə və nəzarət mexanizmlərini müəyyən edir ki, bu da risklərin azaldılmasına öz təsirini göstərəcək

Samir Ismayilovun sözlərinə görə, yeni qaydalar foreks əməliyyatları üzrə bazarın sabitliyini təmin edəcək. Artıq investorlar demo hesabdan istifadə etməlidirlər. Risklərlə tanış olmalı və yalnız bundan sonra əməliyyatlara başlamalıdırlar. Yeni qaydalara görə  yalnız marja ticarəti üzrə 2 il təcrübəyə malik və müştəri hesabında 100 min manat məbləğdə vəsaiti olan investorlar peşəkar investorlar hesab olunacaq. Bu qaydalar  rəqabətliliyi artırmaqla yanaşı, investorların hüquqlarının müdafiəsi və risklərin idarə olunması mexanizmlərini müəyyən edəcək.

Yeni qaydalar həm də şəffaflığın artırılmasını tələb edir. Yəni investisiya şirkətləri hesabatlılıqlarını təmin etməli, məlumatları arxivləşdirməli və sənədlər gücləndirilmiş elektron imza ilə möhürlənməlidir. Dəyişikliklər kredit çiyninə qoyulan məhdudiyyətlərə də şamil olunur. Qoyulan limitlərin beynəlxalq təcrübəyə uyğun olduğunu deyən Samir Ismayilov ölkədə bu limitin 1-ə 30 həddində müəyyən olunduğunu deyib. Türkiyədə bu hədd 1-ə 10 dursa, Gürcüstanda bu 1-in 50-ə müəyyən olunub.


Create Account



Log In Your Account