Jul 20 2019 17:12
Views: 254

Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə iyulun 15-dən Sumqayıt Dövlət Universitetində “Odlar Yurdu Azərbaycana səyahət” Tələbə Yay Məktəbi fəaliyyətə başlayıb. Yay məktəbində Rusiyanın bir neçə universitetinin professor-müəllim və tələbə heyəti iştirak edir.Onlar iyulun 21-dək paytaxtımızın qonaqları olacaqlar.

Rusiyanın müxtəlif bölgələrindən olan tələbələrlə yanaşı, azərbaycanlı tələbələr də yay məktəbinin işində fəal iştrak edirlər.

Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası 2015-ci ildə fəaliyyətə başlaylb. Qurumun əsas qayəsi hər iki ölkədən olan tələbələr arasında əlaqələrin qurulmasına töhfə verməkdir.

 


Create Account



Log In Your Account