Jul 01 2019 14:13
Views: 599

Azərbaycanda səfərdə olan UNESKO-nun baş direktoru xanım Odre Azule iyunun 30-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb. Məlumat verilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Odre Azule Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən qadınların əl işlərindən ibarət “Göz nuru, əl əməyi” adlı sərgi ilə tanış olub. Həmçinin təşkil olunan “Qavaldaş” adlı zərb çalğı alətlərinin müxtəlif növlərində ifalar dinləyib, “Uşaq və Gənclərin II Respublika Festivalı” Müsabiqəsində olub.


Create Account



Log In Your Account