Jun 20 2019 17:42
Views: 377

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 2018-19-cu tədris ilində olimpiadaya 30 mindən çox şagird qatılıb. Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində islahatlara 2014-cü ildən başlanılıb. Qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb.

Olimpiadanın nəticələrinə görə, 49 qızıl, 94 gümüş, 156 bürünc olmaqla, ümumilikdə 299 nəfər qalib elan olunub.

Olimpiadaların keçirilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi və onlarda fənlərə marağın artırılmasıdır. Artıq bu ildən olimpiadaların nəticələri məktəblərin reytinq ballarının hesablanmasında da nəzərə alınacaq.


Create Account



Log In Your Account