Feb 26 2021 16:41
Views: 933

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ombudsmanın beynəlxalq ictimaiyyətə videomüraciəti yayılıb. Müraciətdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirir ki, bu gün Azərbaycan insanlıq tarixinin ən qanlı faciələrindən biri olan hadisənin 29-cu ildönümünü qeyd edir. Video müraciətdə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırım haqqında, qətlə yetirilən insanlar barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, soyqırımı nəticəsində 613 şəxs, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan xüsusi amansızlıqla qətlə yetirilib. Müraciətdə ombudsman beynəlxalq ictimaiyyəti bu hadisəyə hüquqi qiymət verməyə çağırır.


Create Account



Log In Your Account