Mar 05 2019 18:45
Views: 156

Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinlənilib. Ombudsman Elmira Süleymanovanın təqdim etdiyi hesabatda dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslərin pozduğu insan hüquqları və azadlıqlarının bərpası, eləcə də digər məsələlər öz əksini tapıb. Ombudsman bildirib ki, Milli Preventiv Qrupu ölkənin müxtəlif şəhər və rayonlarında  240-dək islah müəssisəsinə baş çəkib.

Milli Preventiv Qrupun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatan, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə də baş çəkib. Şikayətlərin təhlili nəticəsində Müvəkkil qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verib. Millət vəkilləri ombudsmanın qaldırdığı məsələləri müzakirəyə çıxarıblar.

Deputatlar Ombudsmanın illik məruzəsini qəbul ediblər. Plenar iclasda “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər də üçüncü oxunuşda qəbul edilib. O cümlədən, Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklər təsdiqlənib.


Create Account



Log In Your Account