Jun 18 2019 18:09
Views: 475

“Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz. Bu gün vacib məsələlərdən birisülhün təmin edilməsidir.”.Bunu Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında deyib. Əli Əhmədov Qarabağ münaqişəsi nəticəsində  bir çox Azərbaycan vətəndaşının hüquqlarının pozulduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini həmçinin qısa müddət keçməsinə baxmayaraq Azərbaycan ombudsmanının digər ölkələrin ombudsmanları ilə səmərəli əməkdaşlıq yaratdığını bildirb. Ombudsmanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini birləşdirməyə çağıran Əli Əhmədov BMT-nin 2030-cuilə qədər dünyada vəziyyətin müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişdirilməsi vəyenilənməsi üçün həyata keçirdiyi proqrama Azərbaycanın verdiyi töhfəni diqqətə çatdırıb.

Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistanın bölgədə davamlı inkişafa nail olunmasına maneə yaratdığını bildirib. Rəsmi Yerevanın mövqeyinin həm sülhü, həm də inkişafı təhdid etdiyini deyib.

Ombudsman Elmira Süleymanova  başqa ölkələrlə müqayisədə Azərbaycanın insan hüquqlarının təmin olunması sahəsində böyük irəliləyişlər əldə etdiyini vurğulayıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai  bildirb ki, əsas məqsəd 2030-cu ilədək insanların hüquqlarının daha yaxşı qorunmasına nail olmaqdır. Müstəqil ombudsmanların dayanıqlı inkişafın vacib indikatoru olduğunu eləcə də vətəndaş cəmiyyəti və qurumlar arasında körpü rolunu oynadığını qeyd edib. XVI Bakı Beynəlxalq Konfransı öz işini plenar iclaslarla davam etdirir.


Create Account



Log In Your Account