Apr 16 2019 14:10
Views: 403

Azərbaycanda onlayn kassa aparatlarına tam keçid 2022-ci ilin 31 dekabrınadək başa çatdırılacaq. Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu prosesə artıq başlanılıb və yaxın vaxtlarda iri ticarət şəbəkələrində onlayn kassa aparatlarının tətbiqinə başlanılacaq. Bu işlər mərhələli şəkildə icra olunacaq. Ələkbər Məmmədov hüquqi şəxslərin onlayn qeydiyyatının kifayət qədər sadələşdiyini diqqətə çatdırıb.


Create Account



Log In Your Account