Jul 17 2019 18:50
Views: 442

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi  “Könüllü DOST” proqramı çərçivəsində Azərbaycanda ilk olacaq daha bir layihə həyata keçirəcək. Agentlik tezliklə “Onlayn könüllü” proqramını reallaşdıracaq. Evdə və ya istənilən başqa məkanda olaraq da DOST Agentliyinin könüllüsü kimi fəaliyyət göstərmək mümkün olacaq.

Proqramın həyata keçirilməsinə yaxın vaxtlarda başlanılacaq.  “Onlayn könüllü”lər təhsil, təlim və digər sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirəcəklər.

Proqram əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir.  Onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələrinə imkan yaradır. Agentlik təqaüdə çıxmış şəxslər üçün “Gümüş dost” və gənclər üçün “Gənc DOST” könüllülər proqramlarını da həyata keçirir. DOST mərkəzlərində "Bir pəncərə" prinsipi əsasında gün ərzində orta hesabla 400 vətəndaşa 126 növ xidmət göstərilir.


Create Account



Log In Your Account