Jun 04 2020 15:23
Views: 291

Akademik Milli Dram Teatrı onlayn tamaşalar təqdim edir. Əsas prinsiplərdən biri odur ki, təkcə cari repertuara aid olan tamaşalar yox, həm də illərdir izlənilən səhnə əsərləri təqdim olunsun. İyun ayı üçün repertuar artıq təsdiqlənib. Beləliklə, onlayn platformalarda tamaşaların virtual nümayişi davam etdiriləcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da karantin rejiminin tələblərinə uyğun olaraq fəaliyyətini onlayn təşkil edib. Tamaşaçılara sosial şəbəkələr vasitəsilə həftədə 3 dəfə canlı tamaşalar nümayiş etdirilir. Aktyorlar yeni tamaşaların məşqini də onlayn formada keçirirlər. Repertuar tamaşaçıların istəyi nəzərə alınaraq hazırlanır.

Tamaşaların daha geniş auditoriyaya çatdırılması üçün əsərlərin həm də rus və ingilis dillərində nümayiş etdirilməsi qərara alınıb. Evdə qalmaqla özlərinin mədəni istirahətini təmin etmək istəyənlərin onlayn platformalara müraciəti kifayətdir.


Create Account



Log In Your Account