Sep 10 2019 18:39
Views: 222

Sentyabrın 12-də Əbu-Dabi şəhərində OPEC+ Monitorinq Komitəsinin iclası keçiriləcək. Tədbirdə nazirlər ticarət müharibələrinin təsirini və 2020-ci il üçün proqnozu müzakirə edəcəklər. İclasda avqust ayı üçün öhdəliklərin icra səviyyəsinə nəzər salınacaq, həmçinin bazardakı vəziyyət, davam edən ticarət mübahisələrinin dünya iqtisadiyyatına necə təsir etdiyi qiymətləndiriləcək. Enerji məsələləri üzrə ekspert Emin Axundzadə hesab edir ki, iclas öncəsi bazarda nikbin ab-hava müşahidə olunur.
Ekspertin sözlərinə görə, son zamanlar Venesuela, İran, Amerika və digər ölkələrdə neft hasilatında təbii azalmalar müşahidə edilir. Bu da bazarda qiymətlərin yüksəlməsinə təsir göstərir. Bu baxımdan OPEC+da müzakirə ediləcək mövzular əhəmiyyət kəsb edir. Xüsusən də, Amerika və Çinin ticarət savaşı fonunda dünya iqtisadiyyatında baş verən hadisələr gündəmdədir.
İclasda həmçinin nazirlərin Vyana sazişi üçün yeni hədəf orientrləri məsələsi nəzərdən keçiriləcək. Azərbaycanı toplantıda energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Esmira Cəfərova təmsil edəcək. Ekspert belə bir qlobal toplantıda Azərbaycanın iştirakını ölkəmiz üçün önəmli hesab edir.


Create Account



Log In Your Account