Dec 07 2019 19:49
Views: 448

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VII görüşündə 2020-ci ilin ilk rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. İclasda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, “OPEC plus” qərarı indiyə kimi bazarın balanslaşdırılmasına öz töhfəsini verib. Qlobal iqtisadiyyat, neft bazarının inkişafına dair proqnozlar, eləcə də bir sıra geosiyasi faktorlarlar da göstərir ki, 2020-ci il üçün də tənzimləmə tədbirləri zərurudir. “Bazarda balansın və dayanıqlı sabitliyin təmin edilməsi əməkdaşlığımızın başlıca hədəfidir. Azərbaycan “OPEC plus” formatı çərçivəsində indiyə kimi bütün təşəbbüsləri dəstəkləmiş ölkə olaraq bu əməkdaşlıqda iştirakda maraqlıdır. Hesab edirik ki, “OPEC plus” ölkələri olaraq biz gələn il də həmrəylik və öhdəliklərimizə sadiqliyimizi davam etdirməliyik” - energetika naziri Pərviz Şahbazov belə deyib. Nazir Azərbaycanın indiyə kimi gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirdiyini qeyd edib. Qlobal neft hasilatının 40 faizini həyata keçirən OPEC və qeyri-OPEC ölkələrinin növbəti görüşünün 2020-ci ilin martın 5-də, “OPEC plus” üzrə isə yığıncağın martın 6-da keçirilməsi barədə razılığa gəliblər.


Create Account



Log In Your Account