Jul 03 2019 18:57
Views: 360

OPEC+ tərəfindən neft hasilatının azaldılması barədə qərarın müddətinin uzadılması neft bazarlarında çalxalanmaya səbəb oldu. Bu qərarın Azərbaycana təsiri haqqında iqtisadçı ekspert Elşad Məmmədovla müsahibəni təqdim edirik. 
CBC-nin Xəbərlər buraxılışının qonağı olan E.Məmmədov bildirib ki, bu qərar labüd idi. Əks təqdirdə, bu ilin sonuna kimi və 2020-ci ilin əvvəllərində neft qiymətlərinin kəskin şəkildə aşağı enməsi müşahidə oluna bilərdi. Hətta qiymətlərin 35-40 dollara qədər enməsi gözlənilirdi. Bu isə bütün hasilatçılar və ixracatçılar üçün yolverilməz idi. Çünki milli iqtisadiyyatların neftə bağlılığı ciddi problemlərə gətirib çıxara bilərdi. Odur k, bu qərar neft qiymətləri bazarında sabitliyə xidmət edir.  
Ekspert bildirib ki, OPEC+ formatında Rusiyanın, Qazaxıstanın, Azərbaycanın  iştirakı bu qurumun səmərəliliyini artırıb. 

 


Create Account



Log In Your Account