May 15 2020 15:55
Views: 84

Azərbaycan Dövlət Neft Şirkətinin prezidentinin sədrliyi ilə onlayn müşavirə keçirilib. SOCAR-ın rəhbər heyətinin və şirkətin strukturuna daxil olan müəssisə rəhbərlərinin qatıldığı müşavirədə OPEC+ razılaşmasından irəli gələn tədbirlərin icrası ilə bağlı cari vəziyyət müzakirə olunub. Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin qəbul etdiyi və neft hailatının azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır. Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.


Create Account



Log In Your Account