Mar 18 2019 18:08
Views: 379

Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan bəzi ölkələrlə əldə olunan neft hasilatının azaldılmasına dair sazişə fevralda 90 faiz əməl edilib. Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əl Falih Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekununa dair mətbuat konfransında deyib. Bildirib ki, komitə neft bazarında baş verən proseslərdən razıdır. O bildirib ki, yanvarda isə sazişə əməletmə səviyyəsi 83 faiz olub. Xalid Əl Fəlih OPEC və təşkilata üzv olmayan ölkələr arasında razılaşmanın əldə olunmasında və neft bazarında sabitliyə nail olunmasında Azərbaycan prezidenti İlham Əliyevin rolunu xüsusi qeyd edib.

Xalid Əl Fəlih Azərbaycanın hətta OPEC-ə üzv olmasını məmnuniyyətlə qarşılayacaqlarını bildirib. O, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin də yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan OPEC+ çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətindədir. eyni zamanda nazir Azərbaycanın üzərinə götürdüyünü öhdəlikləri yerinə yetirməyə çalışır.

Bakı toplantısında dörd ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə yeni üzv seçilib. Bunlar İraq, Qazaxıstan, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləridir. OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti, 14-cü iclası mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.  İyunun 25-də isə OPEC-in Vyanada ənənəvi toplantısı baş tutacaq.


Create Account



Log In Your Account