Mar 07 2019 18:10
Views: 359

Azərbaycan ordusu uzaq mənzilli müasir raket sistemi ilə təchiz olunub. Bu haqda Nazirlər Kabinetinin 2018-ci il üçün hesabatında bildirilir. Ekspertlərin fikrincə, ölkəmiz bundan sonra da hərbi gücünü artırmaq niyyətindədir.

Beynəlxalq reytinqlərə əsasən, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu srasındadır. Azərbaycan silahlı qüvvələrinin arsenalı həm xarici, həm də yerli istehsala aid sursatlarla zənginləşdirilir.

Azərbaycanda həm də radio elektron mübarizə vasitələri istehsal olunur. Bu məhsullar artıq ordunun sursatı sırasındadır. Lakin Ordumuzun silah arsenalının daha da gücləndirilməsi üçün müasir silahların alınması istiqamətində işlərin davam etdirilir.

Silahlı Qüvvələrin ən müasir sistemlərlə, o cümlədən uzaqmənzilli - 300 km-dan artı) yüksək dəqiqlik və dağıdıcı gücə malik raket sistemləri, ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri ilə və s. təchiz edilməsi işləri həyata keçirilib.

Ekspertlərin fikrincə, Azərbaycan regionda aparıcı silah istehsalçısına çevrilə bilər, bunun üçün kifayət qədər potensial var. Azərbaycan silahlı qüvvələri tədricən dünyadakı ordular arasında öncül yerə keçməkdədir.

 


Create Account



Log In Your Account