Mar 14 2019 14:21
Views: 239

Azərbaycan-Türkiyə arasında müştərək xalq oyunları ilə bağlı layihə hazırlanır. Bu haqda “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” mövzusunda keçirilən paneldə məlumat verilib. Bakı Yunus Əmrə İnstitutundan təşkil etdiyi tədbirin məqsəd hər iki ölkənin müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr açmaq, bu ortaq oyunları yaşatmaq və gələcək nəsillərə ötürməklə bağlı təkliflər hazırlamaqdırr.

Paneldə “UNESCO-da ənənəvi idman növləri  və oyunlar”, "Xalq oyunlarında ritual-mifoloji kontekst", “Kəndlərdə tətbiq olunan oyunlarla aktyor, tamaşaçı və məkan əlaqəsi”, “Oyunların fəlsəfi-mifoloji kökü, qadağalar və cəzalar”, “Türkiyədə ənənəvi oyunlar və onların tətbiqi”, “Gözbağlıca oyunlarında inisiasiya və türk eposunun strukturu” adlı mövzülarda çıxışlar edilib. Paneldən sonra Bakıdakı bəzi məktəblərdə uşaq oyunları canlı olaraq nümayiş etdiriləcək.

 


Create Account



Log In Your Account