Apr 16 2019 18:28
Views: 297

Türkiyədə inşa edilən Azərbaycan-Belarus birgə traktor müəssisəsi bu ilin iyulunda fəaliyyətə başlayacaq. Gəncə Avtomobil Zavodunun dəstəyi ilə inşa edilən zavod Türkiyənin Kırıkkale şəhərində yerləşir. Müəssisənin ümumi sahəsi 15 min kvadratmetrdir. Ümumi sərmayə qoyuluşu isə 10 milyon dollar civarındadır.

Türkiyənin kənd təsərrüfatı naziri Bekir Pakdemirli Belarusun baş nazirinin müavini İqor İlyaşenko ilə birlikdə müəssisəyə baş çəkib. Türkiyəli nazir bildirib ki, zavodun istehsal günü ildə 1200 traktor olacaq.

Yeni zavod Kırıkkalede xüsusi sənaye bölgəsində yerləşdiyini, istehsalçılar güzəştlərdən yararlanacaq. Bu da traktorların maya dəyərini endirməyə imkan verəcək.


Create Account



Log In Your Account