May 11 2019 19:42
Views: 289

Bakıda Azərbaycan ortoped və travmatoloqlarının III Qurultayı keçirilir. Əsas məqsəd qabaqcıl texnologiyalardan və tibbi uğurlardan istifadə edərək səhiyyə xidmətinin prioritet məsələlərini həll etməkdir. Qurultayda travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, travmatologiya və ortopediyada innovasion texnologiyalar, uşaq ortopediyasının və travmasının aktual problemləri, onurğa xəstəlikləri və zədələnmələri, bu sahədə səhv və fəsadlaşmalar mövzusunda məruzələr dinlənilib. Tədbirdə Gəncə, Sumqayıt, Naxçıvan və ölkənin digər bölgələrindən təqribən 300 travmatoloq və ortoped, habelə Rusiya, Türkiyə və İsraildən dəvət olunmuş mütəxəssislər iştirak edirlər. Səhiyyə Nazirliyinin baş travmatoloqu, Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İlqar Qasımov bildirib ki, ikigünlük konfrans zamanı mütəxəssislərin sahənin müxtəlif istiqamətlərinə dair məruzələri dinləniləcək.


Create Account



Log In Your Account