Dec 13 2019 21:00
Views: 242

Böyük Britaniya 2020-ci il yanvarın 31-nə qədər Brexit prosesini həyata keçirərək Avropa İttifaqını tərk edəcək. Bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson Londonda seçiciləri qarşısında çıxış edərkən deyib. Qeyd edək ki, ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Boris Consonun Mühafizəkarlar partiyası üstünlük qazanıb. Hazırda Böyük Britaniyada keçirilən parlament seçkilərindən sonra iki məntəqə istisna olmaqla, səslərin hesablanması başa çatıb. Mühafizəkarlar Britaniya parlamentinin 650 yerlik İcmalar palatasında 363 mandat əldə edib. Leyboristlər isə böyük məğlubiyyətlə üzləşib. Bu qələbə sayəsində hakim partiya Brexit-lə bağlı istənilən qərarı qəbul etməyə kifayət edəcək qədər mandat əldə edib. Avropa İttifaqı da Brexit-in tezliklə reallaşmasını arzu edir.Böyük Britaniyakı prosesləri CBC-yə bu ölkədə yaşayan azərbaycanlı, beynəlxalq hüquq üzrə mütəxəssis Orxan Amaşov şərh edib.


Create Account



Log In Your Account