Jan 07 2019 15:27
Views: 455

2018-ci ildə çəkilmiş Türkiyə istehsalı olan “Dəlilər, Fatihin fərmanı” filminin Bakıda təqdimatı keçirilib. Ekran əsəri 15-ci əsrdə Osmanlı sultanı Fatih Sultan Mehmetin zamanında yaşayan və “dəli” adı verilən fədailərin mübarizə hekayəsini anladır. Filmin ssenarisinə görə,  II Murad Romanı işğal etdikdən sonra kralın oğlu Vlad Təpəşin birlikdə böyüdüyü Fatih Sultan Mehmete qarşı böyüyən kininin sonda indiki Balkanlarda türklərə qarşı zülmü və qəddar münasibətilə ilə əvəzlənir. Onunla mübarizə aparmaq üçün Sultan Mehmet tərəfindən göndərilən əfsanəvi sərkərdələr birliyi olan “Dəlilər ocağı”nda 9 cəngavər bu zülmə qarşı mübarizə aparmaq üçün döyüşə atılır. Filmdə dəlilərdən biri Cənubi Qafqazdan gələrək onlara qoşulan və  Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan qəhrəman baş roldadır. Filmin ideya müəlliflərindən biri və məsləhətçisi Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlıdır. Azərbaycan TÜrkiyə evinin sədri Tənzilə Rüstəmxanlının sözlərinə görə, türk millətinin tarixi gerçəkliklərinin anladıldığı filmin Azərbaycanlla bağlılığı məhz Mübarizin adı ilə əlaqəlidir.  Təqdimat mərasimdə ziyalılar, vətəndaş cəmiyyətinin nümayəndələri, millət vəkilləri iştirak edib. Filmin fikir babası Cem Uçandır.


Create Account



Log In Your Account