Mar 01 2019 17:57
Views: 411

Dövlət başçısının bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında fərmanı imzalamasından sonra Bakıda indiyədək mövcudluğu barədə məlumat olmayan 17 yeni çoxmənzilli bina aşkar olunub. Bunu CBC-yə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. Onun sözlərinə görə, bu fərman barədə məlumatlardan sonra həmin binaların sakinləri agentlikdə yaradılan qərərgaha müraciət ediblər. Bu fakt yerli icra hakimiyyəti orqanlarının quruma daxil olan siyahılarını dəqiq və zamanında tərtib etməməsinin göstəricisidir. Elxan əsədovun sözlərinə görə, qərərgaha artıq 50-yə qədər müraciətlər olunub ki, bunların da bir qismi əvvəldən siyahıda olan binalardır. Sözügedən fərmandan sonra Agentlik indiyədək müayinələr apardığı 200-dən artıq çoxmənzilli binanın sənədlərini müvafiq qurumlara göndərib.

Qurum rəsmisi bildirib ki, son həftədə yeni yaradılan komissiyalar  80-dək binada müayinə işlərinə başlayıb.  Müayinələr zamanı bəzi nöqsanlar aşkarlanıb.

Elxan Əsədovun sözlərinə görə, binaların müayinəsi zamanı nöqsanlar aradan qaldırılmadığı halda ən son variantda çoxmənzilli binanın sökülməsi haqqında qərar verilə bilər. Qeyd edək ki, çoxmənzilli binaların sənədləşdirilməsinin sadələşdirilməsi haqqında fərman təxminən 350-400 min insanı əhatə edəcək.


Create Account



Log In Your Account