Mar 13 2019 18:44
Views: 290

Prezidentin bəzi çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağli verdiyi sərəncamın icrasına başlanılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində xüsusi qərargah yaradılıb. Qərargahda aidiyyətli qurumların nümayəndələri fəaliyyət göstərir.

Qərargah yaradılan gündən bura hər gün çoxlu müraciətlər olur. Uzun illərdir yaşadığı mənzili sənədləşdirə bilməyən və müxtəlif rəsmi qurumlarla problemlər yaşayan sakinlər, eləcə də tikinti şirkətlərinin nümayəndələri bura gəlir.

Qərargahda fəaliyyət göstərən müxtəlif qurumların nümayəndələri mənzil tikintisi ilə məşğul olan şirkət təmsilçilərinin problemlərini dinləyirlər. Daha sonra isə müraciətlərin araşdırılmasına başlanılır.

Qərargahda vətəndaşların qəbulundan başqa, həm də texniki proseslərin təhlili aparılır. Artıq 400-ə yaxın yaşayış binasından 200-dən çoxuna Dövlət Agentliyinin mütəxəssisləri baxış keçirib. Binaların yoxlanılması prosesi iki ay ərzində həyata keçiriləcək.

 

 


Create Account



Log In Your Account