Apr 24 2019 14:26
Views: 204

Prezident İlham Əliyevin  çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağli sərəncamına uyğun olaraq ölkə ərazisində qeydiyyatda olan 434 yaşayış obyektində  aparılan müayinələr başa çatıb. Əldə olunan nəticələrə əsasən  bina sahiblərinə obyektin qeydiyyata alınması üçün  mövcud olan çatışmazlıqlar barədə məlumat verilib.Bunu Fövqəladə Hallar Nazrliyinin  Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. Onun  sözlərinə görə bu gün ölkə ərazisində mövcud olan 434 yaşayış binasının 381-i Bakı şəhəri ərazisindədir.Yerdə qalanları isə respublikanının digər böyük şəhərlərində yerləşir.

Yoxlamalar Fövqəladə Hallar Nazrliyinin  Tikintidə Təhlükəsizliyə Nəzarəti Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nümayəndələri aparıb. Müəyinələrdə eyni zamanda Azərbaycanda bütün obyektlərin mühəndis təminatı ilə məşğul olan dövlət şirkətləri, o cümlədən “Azərişıq”, “Azərsu” və “Azərqaz” da iştirak edib. Elxan Əsədovun sözlərinə görə ən çox rast gəlinən problemlər, binaların tikintisində və istismarında yol verilən nöqsanalr  və  kommunikasiya xətlərinin olmamasıdır.

Sənədlərin qəbulu və  müraciətlərin edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yaradIlan  xüsusi qərargah da öz işini  davam etdirir. Qərargahda adiyati  qurumların nümayəndələri  vətəndaşlara xidmət göstərir. Burada mənzil tikintisi ilə məşğul olan şirkət təmsilçilərinin problemləri dinlənilir və daha sonra müraciətlərin araşdırılmasına başlanılır. Qərargahda vətəndaşların qəbulundan başqa, həm də texniki proseslərin təhlili aparılır.


Create Account



Log In Your Account