Oct 08 2019 19:50
Views: 226

2019-cu ilin ilk 6 ayı ərzində “Paşa Bank”ın aktivləri 2018-ci ilin eyni dövrü ilə müqayisədə 13% artıb. Bunu “PAŞA Bank”ın cari  ilin 6 ayı üzrə özünün və törəmə banklarının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın baş maliyyə inzibatçısı Bəhruz Nağıyev deyib. Onun sözlərinə görə, aktivlərin artmasının səbəbi müştəri və müddətli hesablardakı artımdır. Vəsaitlərin dəyərləndirilməsi nəticəsində bankın kredit portfeli sözügedən dövrdə  23% artaraq 1,9 milyard manata çatıb.  Haqq və komissiya gəlirlərinin artması ümumilikdə maliyyə bazarında müsbət amil kimi qiymətləndirilir.
Bankın xalis mənfəəti sözügedən dövrdə 35 milyon manat  olub. Burada ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artım qeydə alınıb. Qeyri-faiz gəlirləri 21 milyon 338 min manat olub ki,  bu da ümumi əməliyyat gəlirlərində 17% pay deməkdir. Bank rəsmisi qeyd edib ki,  aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul edilən strateji qərar nəticəsində Paşa Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olub.  
Qeyd edək ki, Paşabankın nizamnamə kapitalı 333 milyon manat təşkil edir ki, bunun da  148 milyon manatı törəmə müəssisələrinə yatırılmış vəsaitdir. Beynəlxalq reytinq agentlikləriin dəyərləndirilməsinə görə bank  BB- kateqoriya alıb.  Bu da Azərbaycanda olan özəl banklar içərisində ən yüksək reytinqdir.


Create Account



Log In Your Account