May 21 2019 19:13
Views: 237

PAŞA Bank 2018-ci il üzrə özünün və törəmə banklarının maliyyə nəticələrini açıqlayıb. Nizamnamə kapitalı 333 milyon manat olan bank ötən il də Azərbaycanın maliyyə sektorunda böyüməyə davam edib.  2018-ci ildə bank 548 milyon manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb.  İl sonu etibarilə bankın  cəmi aktivləri 5 milyard  209 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% çoxdur. Ötən il bankın  korporativ müştərilərin sayında da artım olub. Bu istiqamətdə müştərilərin sayı 25% artıb, kiçik və orta sahibkarlıqla bağlı hüquqi şəxslər və fərdi sahibkarların sayında 20% artım müşahidə olunub. 

Bank 2018-ci ildə umumi kredit portfelini 26% artıraraq 1 milyard 780 milyon manata çatdırıb. 2018-ci ildə qeyri-işlək kreditlərin ümumi kredit portfelinə nisbəti 7.2%-dən 5.9%-ə düşüb. Müştəri depoziti bazasını 2018-ci ildə 3.9 milyard manata çatdıran bank  ümumilikdə ötən maliyyə ili üçün 74 milyon manatdan artıq xalis mənfəət əldə edib. Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub.

Bank, şəffaf biznes təcrübələrini tətbiq edərək və ölkənin bank sahəsində şəffaflığın artırılmasına töhfə verərək korporativ və fərdi bankçılıq seqmentlərində yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyi hədəfləyir. Bankın 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsidir. Eyni zamanda məhsul və xidmətlərin rəqəmsallaşdırılması və yeni onlayn kanallar təqdim edilməsi nəzərdə tutulur. Bunun üçün regionda ilk dəfə olaraq müştərilərin istifadəsi üçün rəqəmsallaşdırılmış onlayn hesab açma həlli və yerli bazar üçün bir sıra yeniliklər təqdim edilib. Bu yanaşma bütün müştəri seqmentləri üçün onlayn bankçılıq kanallarını yaratmaq potensialını yaradır.


Create Account



Log In Your Account