Oct 29 2019 18:11
Views: 167

Bakı İdman Sarayında dünəndən başlayan sərgidə Pakistanın qidadan tekstilə, geyim, moda, zərgərlik, kosmetika, ərzaq sahəsində müxtəlif çeşidli məhsulları nümayiş olunur. 40-dan çox şirkətin iştirak etdiyi sərginin əsas məqsədi Azərbaycan və Pakistan arasında olan ticarət münasibətlərinin inkişafına dəstək, eyni zamanda ölkəmizdə Pakistan məhsullarına olan təlabatı qiymətləndirməkdir.

Stendlərdə Pakistanın milli geyimləri, suvenirləri ilə yanaşı ənənəvi geyim, kosmetika və ərzaq məhsulları da təqdim olunur. Sərgilənən suvenirlər, əl işləri, eləcə də kosmetika məhsulları böyük marağa səbəb olub. İştirakçılar sərginin iki ölkənin şirkətləri arasında iş əlaqələrinə əhəmiyyətli töhfə verəcəyinə inanır.

Bəzi iştirakçılar üçün bu sərgi məhsullarının nümayişi ilə yanaşı, Azərbaycan bazarını öyrənmək imkanıdır. Sərgidə artıq Azərbaycan bazarında özünə yer etmiş şirkətlərə də rast gəlmək mümkündür. Bəzi stendlərdə nümunə üçün gətirilən ərzaq, kosmetika məhsulları nümayiş olunursa da, bəzi stendlərdə satış da var. 

Ziyarətçilərə nümayiş olunan məhsulların dadına baxmaq, keyfiyyətini yoxlamaq imkanı yaradılıb.


Create Account



Log In Your Account