Sep 05 2019 18:12
Views: 213

Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin həcmi son 2 il ərzində iki dəfədən çox artıb və 8 milyon dollardan 32 milyona çatıb. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Bakıda Azərbaycan-Pakistan biznes-forumu öncəsi keçirilən mətbuat konfransında məlumat verib.

Pakistanın Hayber-Pahtunhva vilayətinin Sərhəd, Ticarət və Sənaye Palatasının prezidenti Feyz Məhəmməd deyib ki, biznes foruma 150-dən artıq iş adamı qatılacaq. Onlar Pakistanda biznes fəaliyyətində uğur qazanmış şəxslərdir. Sahibkarlar iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Mətbuat konfransında bildirilib ki, iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək üçün böyük potensial var.  Pakistanlı investorlar Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar.


Create Account



Log In Your Account